Şriftin ölçüsü :

Saytın rəngi :

14 mart 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

15 mart 2024 | 15:58

14 mart 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, RİH başçısının Biləcəri Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri və bələdiyyənin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin N.Həşimi küçəsində sahibsiz küçə heyvanlarının ərazidən yığışdırılması, R.İsmayılov küçəsi avtovağzal metrosunun çıxışında piyada yol keçidi zolaqlarının rənglənməsi, Sumqayıt şosesi 1 və 2 saylı yataqxanalarda su təhcizatı ilə bağlı yaranan problemin aradan qaldırılması, Tural Zeynalov küçəsində su xəttinin yenisi ilə əvəz olunması, ASAN səyyar xidmətin qəsəbə ərazisinə gətirilməsi, Haramı küçəsində sahibsiz küçə heyvanlarının ərazidən yığışdırılması, A.Zeynallı küçəsində piyada yol nişanının bərpa olunması, M.S.Ordubadi küçəsində küçə işıqlarının çəkilməsi, X.Məlikaslanov küçəsi döngə 4 ünvanında asfalt altında qalmış kanalizasiya lyukunun üstünün açılması, E.Nəcəfov küçəsində məişət konteynerlərinin yerləşdirilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

 

Keçidlər