Binəqədi Rayon “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin “NARKOMANİYA - Dünyamızı qaraldan ağ ölüm!” layihəsi çərçivəsində növbəti maarifləndirici görüşü keçirildi
14 noyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin inzibati binasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin “NARKOMANİYA - Dünyamızı qaraldan ağ ölüm!” layihəsi çərçivəsində növbəti maarifləndirici görüşü keçirildi.
Tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin layihə rəhbəri Amil Məmmədov, layihənin eksperti Taleh Əliyev, gənclər iştirak etdilər.
Tədbiri “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin layihə rəhbəri Amil Məmmədov açaraq iştirakçıları salamladıqdan sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən İlqar Pənahov bildirdi ki: “Narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Narkomanlığa qarşı sərt mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunmuşdur. Bu mübarizədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 saylı Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvəffəqiyyətlə icra olunması bu sahədə uğurlu nəticələrin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir. Komissiya ilə əməkdaşlıq sahəsində rayon ərazisində fəaliyyət göstərən orta, orta ixtisas, ali məktəblərdə əsrin bəlası olan narkomaniyanın mənfi fəsadları haqqında genişmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir.
Yeniyetmə və gənclərin əsrimizin bəlasına çevrilən narkomaniyadan uzaq durmalarının vacibliyindən danışan Amil Məmmədov və Taleh Əliyev bildirdilər ki, ağ ölüm adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir, dünyada və ölkəmizdə norkomaniya ilə mübarizə ildən ilə genişlənsədə təssüflər olsun ki, bu bəlanın qarşısını tam olaraq almaq mümkün deyil. Ona görədə həm rəsmi sturukturlar vasitəsilə həm də vətəndaş cəmiyyəti xətti ilə hər il norkamaniyaya qarşı müxtəlif tədbirlər həyata keçrilir. Xüsusilə də, gənclərin iştirakı ilə keçrilən maarifləndirici görüşlərin başlıca məqsədi gəncləri bu bəladan uzaq tutmaqdır.
Tədbir çərçivəsində gənclərə maarifləndirici bukletlər paylanıldı və iştirakçıları maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandırılmaqla müzakirə formatında davam etdirildi.