Şriftin ölçüsü :

Saytın rəngi :

14 noyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

15 noyabr 2024 | 09:11

14 noyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin İ.Dadaşov küçəsində binanın həyətində quru ağacların kəsilib-götürülməsi, İ.Dadaşov küçəsində küçə işıqlarının naqillərinin bərpası, Azadlıq prospekti 172/16 94-cü mənzildə istiliyin verilməsi ilə bağlı yaranmış problemin aradan qaldırılması, “Azərsu ASC” tərəfindən aparılmış qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası və binanın qarşısında olan ağacların budanması, Azadlıq prospekti 172/16 saylı binanın 3-cü girişində zirzəmidən suyun çəkilməsi və dezinfeksiya olunması, Azadlıq prospekti 186,192,196 saylı binaların qarşısında “Azərişıq ASC” tərəfindən qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası, Fərman Məlikov küçəsində sahibsiz heyvanların kənarlaşdırılması, Fərman Məlikov küçəsi 4 saylı binanın zirzəmisində kanalizasiya xəttinin təmizlənməsi, Şövkət Məmmədova küçəsi 15 saylı binanın qarşısında asfalt örtüyünün bərpası, S.S.Axundov küçəsində asfalt örtüyünün bərpası,  S.S.Axundov küçəsi 2q saylı binanın həyətinin abadlaşdırılması, binanın həyətində şlaqbaumun quraşdırılması, 283 nömrəli məktəbin qarşısında “Azərsu ASC” tərəfindən aparılmış qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər