Şriftin ölçüsü :

Saytın rəngi :

14 sentyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

15 sentyabr 2023 | 17:43

14 sentyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.  Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin F.Məlikov parkında quru ağaclar kəsilməsi, F.Məlikov küçəsi 1e saylı binanın arxa hisəsində qəzalı su xətti borusunun bərpası, F.Məlikov küçəsi 4 saylı binanın kanalizasiya xəttinin tutulması, F.Məlikov küçəsi 3a saylı binanın həyətində işıq dirəklərində lampaların yenisi ilə əvəz olunması, F.Məlikov küçəsi 1e saylı binanın 2-ci girişində liftin nasaz vəziyyətdə olması, Dərnəgül m/s yaxınlığında sahibsiz heyvanların yığışdırılması, A.Kunanbayev 58/64 saylı binanın girişində elektrik paylayıcı lövhəsində qısa qapanmaların olması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər