Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında növbəti şura iclası keçirildi
2013-cü il martın 14-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2013-cü il üçün İş planına uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının yaşayış yerlərində keçirdiyi görüş və qəbullarda qaldırılan məsələlərin icra vəziyyətinə və rayon təsərrüfatının 2013-cü ilin yaz-yay mövsümünə hazırlıq vəziyyətinə həsr olunmuş Şura iclası keçirildi.
Gündəlikdə duran birinci məsələ haqqında Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi ve yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov çıxış edərək 2012-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yerlərdə keçirilmiş görüşlərdən və həmin görüşlərdə qaldırılmış problemlərin həlli istiqamətində görülmüş işlərdən danışdı.
Gündəlikdə duran digər məsələ ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdirinin səlahiyyətlərini icra edən Hacıbaba Əkbərov məruzə ilə çıxış edərək 2013-cü ilin yaz-yay mövsümünə hazırlıqla bağlı görülmüş işlərdən məlumat verdi.
Daha sonra məruzələr ətrafında Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Ədalət Rəcəbov, Rayon Sukanal Departamentinin rəisi Rauf Osmanov, Rayon Gigiyena və Epidomologiya Mərkəzinin direktoru Fədai Hacıyev çıxış etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı sadalanan problemlərin aradan qaldırılması məqsədilə müvafiq tapşırıqlar verdi və qeyd olunan məsələlər Şuranın müvafiq protokoluna daxil edildi.
Sonda görülən işlər və qarşıda duran həlli vacib olan məsələlərin icrası ilə bağlı qərar qəbul edildi.