Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin noyabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlar tərəfindən daxil olan müraciətlər haqqında məlumat

06 dekabr 2016 | 11:00

2016-cı ilin noyabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə, 304  müraciət (ötən ayla müqayisədə 84 müraciət və ya 21,6%  az) daxil olub.
Hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən 224-ü ərizə (daxil olmuş müraciətlərin 73,7%-i; o cümlədən, ötən ayla müqayisədə 67 müraciət və ya 23% az) və 79-u (daxil olmuş müraciətlərin 26%-i; o cümlədən, ötən ayla müqayisədə 18 müraciət və ya 18,5% az) şikayət,  1-i (daxil olmuş müraciətlərin 0,3%-i; o cümlədən, ötən ayla müqayisədə 1 müraciət çox) təklif olub.
Müraciətlər daha çox Rəsulzadə qəsəbəsi üzrə 62 müraciət, Biləcəri qəsəbəsi üzrə 54 müraciət, 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə 47 müraciət, Binəqədi qəsəbəsi üzrə 34  müraciət, Xocəsən qəsəbəsi üzrə 34 müraciət,  2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə 15 müraciət, 28 May qəsəbəsi üzrə 7 müraciət daxil olub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, ümumilikdə, 97 (daxil olmuş müraciətlərin 32%-i), Milli Məclisdən 9 (daxil olmuş müraciətlərin 3%-i), Nazirlər Kabinetindən 11 (daxil olmuş müraciətlərin 3,6%-i) və digər qurumlardan 47 (daxil olmuş müraciətlərin 15,5%-i) müraciət daxil olub.
Son zamanlar normadan artıq yağan atmosfer yağıntıları nəticəsində rayonun bir sıra ərazilərində subasma halları yaşanmışdır ki, vətəndaşlar baş vermiş fəsadların aradan qaldırılması üçün Rayon İcra Hakimiyyətinə müraciətlər ünvanlamışlar. Leysan yağışlarının nəticələrinin aradan qaldırılması ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən təxirəsalınmaz tədbirlər görülmüş və sakinlərin normal həyat şəraiti bərpa edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 2016-cı ilin noyabr ayı ərzində 489 vətəndaş, o cümlədən, Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 21 vətəndaş qəbul edilib.
Keçidlər