Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Binəqədi rayon təşkilatında Milli Biznes çempionatı olan “Youth in Business” yarışmasının birinci yarımfinal mərhələsi keçirildi

04 dekabr 2016 | 11:00

3 dekabr 2016-cı il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında “IB Club” Gənclərin İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən ilk Milli Biznes çempionatı olan “Youth in Business” yarışmasının birinci yarımfinal mərhələsi çərçivəsində təqdimatlar nümayiş etdirildi.
Çempionatın yarımfinal mərhələsini giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva Binəqədi rayonunda mütəmadi olaraq gənclərin təşəbbüslərinin dəstəkləndiyini, onların ideya və layihələrinin reallaşdırılması istiqamətində uğurla iş aparıldığını diqqətə çatdırdı. O, bu kimi layihələrdə tərəfdaş qismində çıxış etməyin və gələcəkdə də bu kimi təşəbbüslərlə gənclərə dəstək olmağın xüsusi önəmini vurğuladı.
Daha sonra çıxış edən İB Gənclər Mərkəzinin təsisçisi Şəmsi Bayramzadə layihə haqqında ətraflı məlumat verərək Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatına göstərilən dəstək və uğurlu tərəfdaşlıq üçün dərin minnətdarlığını bildirdi. O, həmçinin turnirin reqlamenti, formatı haqqında iştirakçılara məlumat verərək onlarla biznes fəaliyyətinin səmərəli təşkili ilə bağlı təcrübəsini bölüşdü.
Çempionat gənclərin biznes yönümlü bilgilərinin, onların sahibkarlığa marağının artırılması və həvəsləndirilməsi məqsədi daşıyır. Artıq 5-ci dəfədir həyata keçirilən çempionat bu dəfə Bakı şəhəri daxilində 14 universitetin tələbələrini əhatə edir. Çempionat yarımfinal və final mərhələlərindən ibarətdir. Komandalar hazırladıqları biznes planları sahibkarlar önündə təqdim edirlər. Münsiflər heyətinin qərarı əsasında final mərhələsinə keçə bilmiş 6 komanda isə final günündə öz təqdimatlarını yenidən reallaşdırır və qalibiyyət üçün çalışırlar. Qalib komandanın mükafat fondu 500 manat və digər müxtəlif dəyərli hədiyyələrdir.

Keçidlər