Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsulzadə qəsəbəsi, Xutor yaşayış massivində qaz xəttinin çəkilməsi işləri aparılır

07 dekabr 2016 | 11:00

Rəsulzadə qəsəbəsi, Xutor yaşayış massivində "Azəriqaz" İstehsalat Birliyi qaz xəttinin korroziyaya uğraması və əhali sıxlığı ilə əlaqədar olaraq istehlakçıların təbii qazla təhlükəsiz və fasiləsiz təminatında yaranan problemlərin aradan qaldırılması məqsədilə 100 mm-lik orta təzyiqli yeraltı qaz xəttinin çəkilməsi işləri aparılır.
Məlumat üçün bildiririk ki, işlər yekunlaşdıqdan sonra həmin ərazidə qazla bağlı yaranan problemlər aradan qaldırılacaqdır.

Keçidlər