Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon Gənclər evində “İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində üçüncü tədbir keçirildi

04 dekabr 2016 | 11:00

Binəqədi rayon Gənclər evində 3 dekabr 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Müasir Gənclər Klubu” MMC-nin təşkilatçılığı ilə “İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində üçüncü tədbir keçirildi.
“Güclü qadın” mövzusunda keçirilən tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, ekspert “Eros” Psixologiya Mərkəzinin psixoloqu Elnarə Eminova və layihə iştirakçısı olan xanımlar iştirak etdi.
Çıxışını pozitiv fikirlər üzərində quran psixoloq Elnarə Eminova iştirakçılara müasir dövrdə müxtəlif sahələrdə qarşıya çıxan problemlərin öhdəsindən uğurla gəlmək üçün onlarda özünəinam və özünüqiymətləndirmək bacarığının formalaşdırmağın vacibliyini qeyd etdi.
Tədbirin gedişatında iştirakçıların güclü və zəif tərəflərini, onların özünü motivasiya etmə qabiliyyətini müəyyən etmək üçün psixoloji testlər keçirildi. Sonda ekspert xanımların suallarını cavablandırdı.

Keçidlər