Binəqədi qəsəbəsində uşaqlar üçün pulsuz diş müayinələri təşkil edildi
07 dekabr 2016 | 11:00
Binəqədi qəsəbəsində Azercell Telekom MMC-nin Mobil Diş klinikasının təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi qəsəbə bələdiyyəsinin İctimai-humanitar sektorunun təşkilatçılığı ilə 8-17 yaş arası uşaqlar üçün pulsuz diş müayinələri təşkil edildi.
Müayinələr zamanı klinikanın həkimləri kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə xidmət göstərərək, lazımı tədbirlər gördülər.