Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib

08 dekabr 2016 | 11:00

Ölkə ərazisində hökm sürən qarlı hava şəraitini nəzərə alaraq, yollarda rahat hərəkətin bərpası, yol qəzalarının olmaması üçün avtomobil yollarında buzlanmanın qarşısının alınması məqsədilə Binəqədi rayonu, Adil Məmmədov və H.Babaşov küçələrində, həmçinin 6-cı mikrorayon məscid yolu və Biləcəri qəsəbəsi, Ordubadi küçəsində avtomobil yollarına texnikalarla duzun səpilməsi işləri aparılır.
“2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı əhalinin qaz, su, istilik və elektrik enerjisi ilə təchiz edilməsi tədbirləri haqqında” Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 sentyabr 2016-cı il tarixli 208 saylı sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı xidməti ərazilər üzrə mövcud istilik məntəqələrinin fəaliyyətinə nəzarət məqsədilə reydlər davam etdirilir.
Bununla əlaqədar olaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin birinci müavini İlqar Süleymanov və MKTB-nin rəisi Azər Məmmədov rayon ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrində oldular və hava şəraiti ilə əlaqədar istillik sistemləri yoxlanıldı. İstillik sistemində problem olan bağçaların istillik sistemləri bərpa edildi.
Həmçinin, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 72 saylı MKİS-nin rəhbərliyinin iştirakı ilə xidməti ərazidə, S.S.Axundov 2 ünvanında mövcud istilik məntəqəsinə baxış keçirildi və istillik sisteminin verilməsi prossesi yoxlanıldı.
Rayonun Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində su təminatının yaxşılaşdırılması üçün Binəqədi SuKanal Departamentinin əməkdaşları tərəfindən köhnə su xətti yeni xəttlə əvəz olunması istiqamətində işlər davam etdirilir.

Keçidlər