Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon Gənclər evində “Yaşıl Təfəkkür” layihəsinin ilk təlimləri keçirildi

08 dekabr 2016 | 11:00

Binəqədi rayon Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN School” könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, “ASAN Könüllüləri” Təşkilatı, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Ekoloji Analitik İnformasiya Agentliyinin (ECORES) birgə təşkilatçılığı ilə “Yaşıl Təfəkkür” layihəsinin ilk təlimləri keçirildi.
“Yaşıl Təfəkkür” layihəsinin ilk təlimi “Planetimizdəki həssas ekoloji tarazlıq və ekoloji problemlərin həlli yolları” mövzusunda “Təbiət Elmləri” İctimai Birliyi tərəfindən keçirildi. Diskussiya formasında keçən təlimdə gənclərə ekoloji sfera haqqında məlumatlar verildi.
Layihənin keçirilmə məqsədi uşaqlar vasitəsilə valideynlər və onların əhatəsində olan digər insanlar arasında yaşıl təfəkkürün formalaşdırılması, təbiətin qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınmasıdır.
Layihə çərçivəsində 20 nəfərdən ibarət xüsusi təlimçilərin hazırlanması və daha sonra həmin təlimçilər tərəfindən məktəblərdə şagirdlərə ekologiya və təbiətin qorunması barədə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Keçidlər