Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun kollektivi ümummilli lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya etdi

09 dekabr 2016 | 11:00

9 dekabr 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi rayon təşkilatının və  Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi.
Təşkil edilmiş ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, partiyanın aktivləri, rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri və Naxçıvan şəhərinə səfər etmiş məktəblilər iştirak etdilər.
Ekskursiya çərçivəsində iştirakçılara mərkəz tərəfindən ətraflı məlumat verildi və onlar  Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət etdi, dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış oldular.
Ekskursiyanın sonunda xatirə fotosu çəkildi.

Keçidlər