Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramına həsr edilmiş muğam festivalı keçirildi

16 mart 2013 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “Novruz bayramının qeyd edilməsi haqqında” 15 mart 2013-cü il tarixli 90 saylı Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına əsasən 2013-cü il martın 15-də Binəqədi rayon musiqi və incəsənət məktəbləri arasında muğam festivalı keçirildi.
Tədbiri giriş şözü ilə açan 11 saylı Uşaq musiqi məktəbinin direktoru Rövşən Məmmədov  ümummilli lider Heydər Əliyevin mədəniyyətə verdiyi yüksək dəyərin xalqımız tərəfindən həmişə böyük rəğbət və hörmətlə qarşılandığını bildirdi.
Festivalda rayonun 11 saylı Uşaq Musiq Məktəbinin, M.Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbinin və F.Əmirov adına 6 saylı onbirillik incəsənət məktəbinin şagirdləri muğamlar  ifa etdilər.
Sonda Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov şagirdləri təbrik edərək  iştirakçılara fəxri fərmanlar və xatirə hədiyyələri təqdim etdi.

Keçidlər