Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi qəsəbə bələdiyyəsi İtaliyada keçirilən seminar-təcrübə mübadiləsində iştirak etdi

14 dekabr 2016 | 11:00

Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa Birliyi və Avropa Şurası proqrama üzv ölkələrin yerli özünüidarəetmə orqanları üçün İtaliyada seminar-təcrübə mübadiləsi təşkil edilib. Seminarda Azərbaycan, Gürcüstan, Moldova, Belarusiya, Ukrayna və digər ölkələrdən ümumilikdə 40-dan çox nümayəndə iştirak edir.
Azərbaycanı sözügedən tədbirdə Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva və Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyudmila Xəlilova təmsil edirlər.
Proqramda ölkəmizdə, həmçinin, Binəqədi rayonunda bələdiyyələrin gördüyü işlər haqqında Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva təqdimatla çıxış etdi.

Keçidlər