Şriftin ölçüsü :

Saytın rəngi :

“İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində dördüncü tədbir keçirildi

14 dekabr 2016 | 11:00

Binəqədi Rayon Gənclər evində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Müasir Gənclər Klubu” MMC-nin təşkilatçılığı ilə “İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində dördüncü tədbir keçirildi.
“İncə zövqlər” mövzusunda keçirilən tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, ekspert modelyer-dizayner Şəlalə Maqsudova və layihə iştirakçısı olan xanımlar iştirak etdi.
Modelyer-dizayner Şəlalə Maqsudova əvvəlcə modanın yaranma tarixi haqqında məlumat verdi. Xanımlarla zövqlü geyinmək, hər zaman baxımlı olmaq barədə fikirlərini bölüşdü. Diskussiya formasında keçən görüşün gedişatında modelyer iştirakçılara istifadə olunmuş geyimlərdən yeni geyim növləri hazırlamaq qaydalarını izah etdi və bir nümunə üzərində əyani şəkildə bunu göstərdi.

Keçidlər