Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon Gənclər evində “İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində beşinci tədbir keçirildi

17 dekabr 2016 | 11:00

Binəqədi rayon Gənclər evində 17 dekabr 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Müasir Gənclər Klubu” MMC-nin təşkilatçılığı ilə “İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində beşinci tədbir keçirildi.
“İdeal qadın” mövzusunda keçirilən tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, ekspert Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini, yazıçı, dramaturq Elnurə Abdullayeva  və layihə iştirakçısı olan xanımlar iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan rəis müavini Sevinc Süleymanova layihə haqqında ümumi məlumat verərək bildirdi ki, layihə gənc xanımların müxtəlif mövzular - psixoloji, tibbi, geyim mədəniyyəti, idarəetmə - üzrə bilik və bacarıqlarının artırılması istiqamətində maarifləndirilməsi məqsədilə həyata keçirilir. Sonra dramaturq Elnurə Abdullayeva öz yaradıcılığından bəhs etdi. 11 əsərin müəllifi olduğunu qeyd edən yazıçı əsərlərində əsasən yaşadığı, şahidi olduğu hadisələri, ermənilər tərəfindən Qarabağın işğalı zamanı baş vermiş dəhşətli anları təsvir etdiyini bildirdi. Tədbirin gedişatında qonaq iştirakçıların suallarını cavablandırdı.

Keçidlər