Binəqədi rayonu, Sulutəpə yaşayış massivi ərazisində yeni yerüstü piyada keçidinin inşası işlərinə başlanılıb
Bakı-Şamaxı avtomobil yolunun 12.8-ci km-də, Binəqədi rayonu Sulutəpə yaşayış massivi ərazisində yeni yerüstü piyada keçidinin inşası işlərinə başlanılıb. Sözügedən keçid Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən inşa olunur.
Aşırım və pilləkən hissəsi metal konstruksiyalı olacaq piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Yüngül konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıq olacaq. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edəcək. Pilləkən hissələr də daxil qalereyanın ümumi uzunluğu 64.75 metr, eni isə 3 metr olacaq. Keçidin yol səthindən hündürlüyü 5.5 metr olması nəzərdə tutulub.
Keçiddə fiziki məhduddiyyətli insanların hərəkəti üçün panduslar quraşdırılacaqdır.