Şriftin ölçüsü :

Saytın rəngi :

Lider qızların idarəçilik məktəbi" adlı layihənin açılış tədbiri keçirildi

23 dekabr 2016 | 11:00

M.Ə.Rəsulzadə bələdiyyəsinin təşkilati dəstəyi və GİZ Almaniya Beynəlxalq Əməkdaşlıq cəmiyyətinin Yerli Özünüidarəetmə Proqramının maliyyə dəstəyi ilə M.Ə.Rəsulzadə bələdiyyəsinin üzvü Ayla İbrahimovanın "Lider qızların idarəçilik məktəbi" adlı layihəsinin açılış tədbiri keçirildi.
Tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri Lyudmila Xəlilova, bələdiyyə üzvləri və qəsəbə ərazisində təhsil alan məktəbli qızlar iştirak etdilər.
Layihənin növbəti mərhələsi olaraq qəsəbə ərazisində təhsil alan məktəbli qızların Bakı Tekstil Fabrikinə ekskursiyası təşkil olundu. Ekskursiya zamanı məktəbli qızlar istehsalat prosesi ilə tanış oldu, onlara liderlik bacarıqları ilə bağlı təlim keçirildi. 

Keçidlər