Şriftin ölçüsü :

Saytın rəngi :

S.S.Axundov küçəsində əsaslı təmir-bərpa işləri aparılır

26 dekabr 2016 | 11:00

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə inzibati ərazidə mövcud ifrastruktura diqqət göstərilir, əsaslı şəkildə yenidən qurulur və daima texniki-profilaktik qulluq ğöstərilir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən ayrılmış əsaslı kapital qoyuluşu hesabına sakinlərin məmnuniyyətinin və ən başlıcası təhlükəsizliyin təminatı məqsədilə 106 saylı MKİS-nin xidməti ərazisində S.S.Axundov 3a ünvanında yaşayış binasının fasad hissəsində əsaslı təmir-bərpa işləri görülür.
Layihə üzrə binanın fasadında bərkidilmiş və hazırda istismar müddətini başa vurmuş şəbəkələr, bəzək elementləri daha etibarlı və mütərəqqi formada yenidən qurulur.
Binəqədi Rayon İcra Hakimiyyətinin iş planı əsasında, mütəmadi olaraq aidiyyətı üzrə işlər koordinasiya edilir və görülmüş işlərin keyfiyyətinə nəzarət olunur.
Qeyd olunan ərazidə işlər tamamlandıqdan sonra Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının tələblərinə uyğun yaşayış binasının fasadında bərpa və yenidənqurma işləri müasir standartlara uyğun olacaqdır.

Keçidlər