Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Tolerantlıq, Multikulturallıq, Həmrəylik!” yaradıcılıq müsabiqəsi davam edir

27 dekabr 2016 | 11:00

Binəqədi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi haqqında 2016-cı il 11 mart tarixli Sərəncamına uyğun olaraq, Binəqədi rayon orta ümumtəhsil məktəblərində keçirilən “Tolerantlıq, Multikulturallıq, Həmrəylik!” adlı yaradıcılıq müsabiqəsi davam etdirilir.
Müsabiqə Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Rayon Gənclər və İdman İdarəsi tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq keçirilir.
3, 83, 99, 115, 179, 182, 205, 244, 246, 248, 283 və 314 nömrəli tam orta məktəblərdə müsabiqə baş tutdu. Tədbirdə münsiflər heyətinin, müəllim və şagirdlərin “Multikulturalizm və tolerantlıq” haqqında çıxışları dinlənildi. Çıxışlarda qeyd olundu ki, əsrlər boyu Azərbaycan müxtəlif millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkə kimi tanınıb, bu gün də ölkədə tolerantlıq prinsiplərinə əsaslanan siyasət aparılır. Sonra məktəblilər müxtəlif dillərdə şeirlər söylədi, mahnılar ifa etdi, rəqslər nümayiş etdirdilər. Münsiflər heyəti tərəfindən çıxışlara baxıldı və qiymətlər verildi.
Müsabiqədə fərqlənən ən yaxşı məktəblərin mükafatlandırılması nəzərdə tutulub.

Keçidlər