Binəqədi rayonunda radikalizm və terrorizmin fəsadlarından bəhs edən tədbir keçirildi
Binəqədi rayonunda “Radikalizm və ekstremizm, terrorizm və separatizmin fəsadları” mövzusunda növbəti tədbir keçirildi.
284 nömrəli orta məktəbin direktoru, direktor müavini, ictimai fənnləri tədris edən müəllim heyəti, psixoloq, Həmkarlar İttifaqı təşkilatının sədri, YAP fəalları və “Məktəblinin dostu” layihəsində ASAN Xidməti təmsil edən nümayəndələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nizami Novruzov çıxış üçün sözü qonaqlara verdi.
Tədbir zamanı çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov və Dövlət Təhlükəsizlik Xİdmətinin Binəqədi rayon İdarəsinin məsul əməkdaşı Namiq Hüseynov öz nitqlərində ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulmasından, dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsində dövlətin rolundan, radikalizm və ekstremizm, terrorizm və separatizmin cəmiyyətə vura biləcəyi fəsadlar və onlara qarşı mübarizədə aparılacaq ideoloji, maarifləndirici, profilaktik və preventiv metodlarla bağlı fikirlərini bölüşdülər.
Tədbir çıxışlar ətrafında disskusiya ilə davam etdirildi.