Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonundakı körpələr-evi uşaq bağçalarında bayram şənlikləri keçirilir

29 dekabr 2016 | 11:00

Binəqədi rayonu 138, 151, 158, 177, 178, 215, 274, 291, 298 saylı körpələr-evi uşaq bağçalarında və 296 saylı uşaq bağçasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənlikləri keçirilib.
Bayram tədbirində uşaqların ifasında nağıl qəhrəmanları səhnəyə gəlib, Yeni ilə həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər. Balacaların nümayiş etdirdiyi kompozisiya maraqla izlənilib.
Tədbirdə Şaxta baba və Qar qızın şənliyə gəlməsi, uşaqların bayramını təbrik etməsi və onlarla rəqs etməsi balacaların sevincinə səbəb olub.

Keçidlər