Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun sağlamlıq imkanları məhdud uşaqları üçün Akademik Milli Dram Teatrında bayram tamaşası nümayiş etdirildi

29 dekabr 2016 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aztəminatlı ailələrin uşaqları, Rayon Icra Hakimiyyətinin qeydiyyatında olan qəyyumluğa verilən uşaqlar və 99 saylı tam orta məktəbin yardımçı siniflərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar üçün Akademik Milli Dram Teatrında Yeni il şənliyi, bayram tamaşası nümayiş etdirildi.
Tamaşa şahzadə Qar qızın xilas olunması üzərində qurulub və xeyrin şər üzərində qələbəsi ilə başa çatır.
“Buzlar ölkəsində” nağıl-tamaşası Anar Sadıqovun müəllifi olduğu nağıl əsasında hazırlanıb. Tamaşanın rejissoru gənc rejissor Əlif Cahangirlidir.

Keçidlər