Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Binəqədi rayonunun aztəminatlı ailələrinə bayram sovqatları paylanıldı

30 dekabr 2016 | 11:00

29 dekabr 2016-cı il tarixdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Binəqədi rayonunun aztəminatlı ailələri üçün bayram tədbiri keçirilib və bayram sovqatları paylanıldı.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə Bakının bütün rayonlarını əhatə edib. Layihə çərçivəsində Binəqədi rayonunda 400-dən çox aztəminatlı ailəyə Fondun bayram sovqatları paylanılıb, sakinlərin bayramları təbrik edilib.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva belə xeyriyyə aksiyalarının əhalinin sosial müdafiəsi baxımından əhəmiyyətini vurğuladı. Eyni zamanda, Heydər Əliyev Fondunun ölkəmizin sosial-iqtisadi inkişafına yönələn dövlət proqramlarına dəstək verərək həyata keçirdiyi müxtəlif layihələr, xeyriyyə tədbirləri barədə məlumat verildi.
Binəqədi rayon sakini Şahrza Ağayev, Sodrujestvo Cəmiyyətinin rayon şöbəsinin sədri Elmira Bayquzina və Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev çıxış edərək aztəminatlı ailələrə sevinc bəxş etdiyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
İncəsənət ustalarının konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaratdı.

Keçidlər