Binəqədidə Novruz bayramı qeyd edildi
2013-cü il martın 18-də 6-cı mikrorayon ərazisində yerləşən Akademik Zərifə Əliyeva adına parkda rayon ictimaiyyətinin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əmək kollektivlərinin, millət vəkillərinin üzvlərinin iştirakı ilə Azərbaycan xalqının adət və ənənələrini, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən “Novruz bayramı” münasibətilə bayram şənliyi keçirilib.
Tədbirdə milli adət-ənənələri əks etdirən sərgi, uşaqların əylənməsi üçün kukla tamaşası, əlillərin əl işlərindən ibarət satış sərgisi, rayonda fəaliyyət göstərən idman məktəblərinin çıxışları və rayonda fəaliyyət göstərən müxtəlif şirkətlərin satış yarmarkası təşkil edilmişdir. Sərgilərə baxışdan sonra rayonda fəaliyyət göstərən müsiqi məktəblərinin, uşaq bağçalarının və incəsənət xadimlərinin iştirakı ilə təşkil olunmuş konsert proqramı təşkil edildi.
Tədbir Novruz bayramının atributlarından olan tonqalın yandırılması ilə yekunlaşdı.
Eyni zamanda bayram münasibətilə Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən humanitar aksiya çərçivəsində şəhid, əlil, məcburi köçkün, aztəminatlı və digər kateqoriyadan olan 650-dən artıq ailəyə bayram sovqatı paylanıb.