Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Tolerantlıq, Multikulturallıq, Həmrəylik!” yaradıcılıq müsabiqəsi yekunlaşmışdır

05 yanvar 2017 | 11:00

Binəqədi rayonunda Azərbaycan Prezidentinin 2016-cı il 11 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" çərçivəsində Binəqədi rayon orta ümumtəhsil məktəblərində “Tolerantlıq, Multikulturallıq, Həmrəylik!” adlı yaradıcılıq müsabiqəsi davam etdirilir. Müsabiqə Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsi tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq keçirilir.
Son olaraq 284, 297, 298, 299, 300 və 301 nömrəli tam orta məktəblərdə müsabiqə baş tutdu. Tədbirdə münsiflər heyətinin, müəllim və şagirdlərin “Multikulturalizm və tolerantlıq” haqqında çıxışları dinlənildi. Çıxışlarda qeyd olundu ki, əsrlər boyu Azərbaycan müxtəlif millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkə kimi tanınıb, bu gün də ölkədə tolerantlıq prinsiplərinə əsaslanan siyasət aparılır. Sonra məktəblilər müxtəlif dillərdə şeirlər söyləmiş, mahnılar ifa etmiş, rəqslər nümayiş etdirdilər. Münsiflər heyəti tərəfindən çıxışlara baxıldı və qiymət verildi.

Keçidlər