Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2016-cı ilin dekabr ayında daxil olan müraciətlər barəsində hesabat

05 yanvar 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidməti vətəndaşlarla operativ ünsiyyətin yaradılması, İcra Hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən onları narahat edən problemlərin icra hakimiyyətinə çatdırılması baxımından çox faydalı və mütərəqqi xidmət növüdür. Xidmət bütün müasir avadanlıqlarla və sürətli komunikasiya sistemi ilə təchiz edilmiş, 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır. 2016-cı il dekabr ayı üzrə statistik rəqəmləri əks etdirən göstəricilər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılmış zənglərin sayı - 5035, birbaşa cavablandırılmış zənglərin sayı – 4101, yaradılmış əks əlaqələrin sayı – 1199, günlük orta zəng sayı - 150, tərtib edilmiş şikayət vərəqələrinin sayı –934 olmuşdur.Şikayət xarakterli müraciətin 934-nün  icrası təmin edilmiş, o cümlədən  675-i və ya 72,3 %-i tam həll olunmuş, 138-i və ya 14,8 %-i qismən həll edilmiş, 121-i və ya 13 %-nə müvafiq izahat verilərək həll edilmişdir. Dekabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 488-i və ya 52,2 %-i qaz təchizatı, 191-i və ya 20,4 %-i su-kanalizasiya, 133- ü və ya 14,2 %-i istilik təchizatı, 50-si və ya 5,4 %-i lift problemləri, 34-ü və ya 3,6 %-i sakinləri narahat edən digər məsələlər, 28-i və ya 3 %-i elektrik təchizatı ilə bağlı, 5 -i və ya 0,5 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar, 3-ü və ya 0,4 %-i zibil və tullantılar ilə əlaqədar, 2-si və ya 0,3 %-i küçələrin işıqlandırılması idarəsi ilə bağlı olmuşdur. Xidmətə daxil olan təşəkkürlərin sayı isə 47 olmuşdur

Keçidlər