Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2016-cı ilin dekabr ayı ərzində aparılan abadlıq-quruculuq işləri haqqında məlumat

10 yanvar 2017 | 11:00

Əhalinin su və kanalizasiya sahəsində mövcud olan problemlərinin aradan qaldırılması məqsədilə 2016-cı ilin dekabr ayı ərzində rayonun müxtəlif ərazilərində 264 p/m su xətti quraşdırılıb və təmir olunub, 330 ünvanda su və 462 ünvanda kanalizasiya xəttlərində qəzalarının qarşısı alınıb, 110 p/m kanalizasiya xətti dəyişdirilib, 3670 p/m kanalizasiya xətti təmizlənib.
Binəqədi rayonu TİX tərəfindən 230 ədəd mexaniki sayğac “Smart-Kart” tipli qaz sayğacı ilə əvəz edilib, xidməti ərazisində olan QTŞ-lərə 796 dəfə texniki baxış keçirilib və 601 müxtəlif ərazidə tənzimləmə işləri aparılıb.
H.Babaşov 4 saylı yaşayış binasının məhəllədaxili istilik xəttində d-100 mm olan 20 m polad boru və H.Babaşov 11 saylı yaşayış binasının qarşısında d-273 mm olan 4 m istilik xətti dəyişdirilib. Yaşayış binalarının aşağı paylayıcı xətlərində təmir işləri görülüb. Binaların zirzəmisində 25, 32 və 75 mm-lik pvc ventil və borular yenisi ilə əvəz olunub.
9-cu mikrorayonda məcburi köçkünlərin binasına yeni kabel xətti cəkilib (NAYY4x240 mm2, L = 150 metr); 7-ci mikrorayonda 28 və 8-ci mikrorayonda 7 saylı binalara yeni kabel xətti çəkilib (NAYY 4x150 mm2, L = 200 metr);
F.Rüstəmov küçəsində 40 evə yeni “SİP” xəttləri çəkilib, Naxçivani küçəsi 1a, 8-ci mikrorayon 34 saylı binalarda paylayıcı şitlərdə 400A ayrıcılar quraşdırılıb;  Rəsulzadə qəsəbəsi və  Çermet ərazisində köhnə KTM-in əvəzinə yeni 630 kVa KTM-lər quraşdırılıb; 8-ci mikrorayonda 18 saylı liseyin 0,4 kV-luq kabel xətti əsaslı təmir olunub; Mədəni-Maarif  texnikumunun  yataqxanasını qidalandıran 0,4 kV-luq hava  xətti əsaslı təmir olunub; 7-ci mikrorayon 76 saylı binada əhali üçün yeni SMS sayğaclar quraşdırılıb; 9-cu mikrorayonda məcburi köçkünlərin yaşadığı binaya yeni kabel xətti cəkilib (NAYY4x240 mm2, L = 150 metr); 7-ci mikrorayon 28 və 8-ci mikrorayon 7 saylı binalara yeni kabel xətti çəkilib (NAYY 4x150 mm2 ,L = 200 metr).
6, 7, 8 və 9-cu mikrorayonlarda və Biləcəri qəsəbəsində 65 ədəd yararsız lampa və 195 metr yanmış kabel dəyişdirilib.
Ay ərzində rayon ərazisində mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənib, çoxillik güllərə qulluq göstərilib, əkilən güllərin alağı təmizlənib, vaxtaşırı suvarılıb, parklar quru ot və alaqlardan təmizlənib, ərazidə olan çəmənliklərə gübrə verilib. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri mütəmadi olaraq həyata keçirilib.   
Dekabr ayında Azadlıq prospektində 2-ci yolun ətrafının yenidən qurulması və 16 saylı binanın arxasının abadlaşdırılması işləri davam etdirilib. S.S.Axundov küçəsi 3 “a” saylı ikimərtəbəli binanın qəzalı vəziyyətdə olan şəbəkə tipli fasad elementlərinin əsaslı təmirinə başlanılıb.
K.Rəhimov küçəsi 53, S.Məmmədov küçəsi 207, 209 saylı 23 girişli binaların təmiri sona çatdırılıb. Azadlıq prospekti 32 saylı binanın qarşısında abadlıq işləri davam etdirilib, həyətdə əlavə olaraq 1 ədəd günlük quraşdırılması davam etdirilib.
Əvvəlcədən planlaşdırılmış 22 binanın və xüsusi olaraq, sakinlərin müraciəti əsasında əlavə olaraq 11 binanın zirzəmisində sanitar təmizlik və dezinfeksiya işləri aparılmışdır.
6, 7, 8, 9-cu mikrorayonların məhəllədaxili işıq xətləri və dirəklərində cari təmir işləri aparılıb, ümumilikdə 316 ədəd lampa dəyişdirilib.
Dekabr ayı ərzində 8-ci mikrorayon Ş.Məmmədova küçəsi 3, 7, 11, H.Hüseynov küçəsi 13, 11 “a”, 23, Azadlıq prospekti 22, S.S.Axundov küçəsi 8 və İ.Dadaşov küçəsi 74 saylı binaların 215 kv. metr yumşaq dam örtüyü cari təmir edilib.
8-ci mikrorayon ərazisində 16 saylı binanın arxa hissəsində quraşdırılmış kafe-kitab evinin tikintisinin sona çatması ilə əlaqədar binanın arxa hissəsinin abadlaşdırılması davam etdirilib. Əraziyə tamet örtüyü vurulub, 100 kv. metr asfalt örtüyü çəkilib, bəzək kolları əkilib, uşaqlar üçün 1 ədəd sürüşkən, 3 ədəd idman qurğusu quraşdırılıb.
Mənzillərdə baş verə biləcək yanğın, partlayış və boğulma hallarının qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbir kimi ay ərzində 192 mənzildə tüstü və hava kanalları təmizlənib.
Rayon  ərazisində binaların girişlərinin, fasad və damların təmiri eyni zamanda məhlələrdə abadlıq işləri davam etdirilir.

Keçidlər