Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində rayon müşavirəsi keçirilmişdir.

13 yanvar 2017 | 11:00

12 yanvar 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə rayon müşavirəsi keçirilmişdir. 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, əməkdaşları, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, kommunal və bir sıra strukturların rəhbərləri iştirak etmişlər.Müşavirədə 2016-cı ildə Rayon İcra Hakimiyyətinin rəhbərliyi altında rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla birlikdə görülmüş işlərə nəzər salınmış, ayrı-ayrı idarə, müəssisə və təşkilatların fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqlar barədə ətraflı müzakirə aparılmış, 2017-ci ildə qarşıda duran vəzifələrdən danışılmışdır.Qeyd edilmişdir ki, rayon ərazisində torpaqların zəbt edilməsi, qanunsuz tikinti işlərinin aparılması, tullantılarla çirkləndirilməsi və yararsız hala salınması halları qalmaqda davam edir, qanunsuz tikinti işlərinin qarşısının alınması üçün görülən tədbirlər qənaətbəxş deyildir, dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan torpaq sahələrində inşa edilmiş evlərin sökülməsi zamanı əhaliyə kompensasiyaların verilməsi ilə əlaqədar zəruri izahat işləri aparılmır.Rayon bələdiyyələrinin fəaliyyətində, bələdiyyə vergi və rüsumlarının yığılmasında, vətəndaşları narahat edən yerli əhəmiyyətli məsələlərin həllində, sakinlərin müraciətlərinə baxılmasında nöqsanlara yol verilir, bəzi bələdiyyələr öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməmişdir.Vətəndaşların müraciətlərinə baxılması, təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülsə də, vətəndaş məmnunluğunu tam təmin etmək mümkün olmamışdır.  Yerlərdə vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə baxılması və qanunamüvafiq cavablandırılması istiqamətində işin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə ciddi ehtiyac vardır.Kommunal xidmət müəssisələrində əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi üçün ciddi tədbirlər görülməlidir.Rayon ərazisində qanunsuz valyutadəyişmə məntəqələrinin, qumarxana və mərc oyunlarının, insan alverinə şərait yaradan obyektlərin aşkar edilərək, onların fəaliyyətinin qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir.Bütün sahələr üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli,onların aradan qaldırılmasına dair sistem və inistitusional xarakterli tədbirlər hazırlanaraq həyata keçirilməli,dövlət orqanlarının fəaliyyətində şəffaflıq artırılmalıdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə kadrların düzgün seçilib yerləşdirilməsi məsələsi mühüm əhəmiyyət kəsb edir. İşə qəbul edilən şəxslər peşəkar,yüksək bilikli, məsuliyyətli,müasir düşüncəli və mədəni davranışa malik olmalıdır. Dövlət qurumlarının rəhbərləri tabeliyində olan hər bir işçini tanımalı, onları narahat edən problemləri bilməli və fəaliyyətlərini diqqət mərkəzində saxlamalıdırlar. Vəzifələrinin icrası ilə bağlı bir araya sığmayan, dövlət orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərin qarşısı qətiyyətlə alınmalıdır. Hər bir dövlət qurumunun rəhbəri isə öz əməkdaşları üçün vicdanlılıq nümunəsi olmalıdır.
Sonda qeyd edilmişdir ki, 2016-cı ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində bu nöqsan və çatışmazlıqlara xüsusi yer ayrılmalı, ciddi müzakirələr aparılmalı, konkret tədbirlər müəyyənləşdirilməlidir.

Keçidlər