Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi bələdiyyəsində vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması vəziyyətinin monitorinqi keçirildi

16 yanvar 2017 | 11:00

16 yanvar 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov Binəqədi rayonu Binəqədi bələdiyyəsində oldu.
O, bələdiyyənin məsul vəzifəli şəxsləri ilə keçirdiyi görüş zamanı Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən fikirlərə toxunaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən sosial-iqtisadi inkişafın 2016-cı ildə də davam etdiyini bildirdi. O həmçinin “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”  və digər strateji əhəmiyyətli sənədlərin imzalanmasının ölkə iqtisadiyyatına mühüm töhfələri olacağını bildirdi.
Elnur İmanov bələdiyyədə vətəndaşların qəbulu, onların qaldırdığı məsələlərin həlli mexanizmi ilə yaxından tanış oldu, vətəndaş müraciətlərinə baxılması, bələdiyyə sədrinin 2016-cı ildəki fəaliyyəti ilə əlaqədar keçiriləcək hesabat yığıncağının təşkil edilməsi və başqa məsələlər barədə müvafiq tövsiyələrini verdi. Daha sonra o, bələdiyyə sədri Sitarə Cabbarlının vətəndaşları qəbul etməsi prosesində iştirak etdi.

Keçidlər