Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəbəqədər təhsil müəssisələrinin 2016-cı ildəki fəaliyyətlərinə dair hesabat yığıncağı keçirildi

18 yanvar 2017 | 11:00

18 yanvar 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının rayonun məktəbəqədər təhsil müəssisələrinin 2016-cı ildəki fəaliyyətinə dair iclası keçirildi.
İclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov,  Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Sadıqova və rayonun məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak etdilər.
İclasda Xaləddin İsgəndərov çıxış edərək Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət və qayğı göstərildiyini vurğuladı. Həmçinin, son illər respublikanın məktəbəqədər müəssisələrinin yenidən qurulmasına, yenilərinin tikilməsinə, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrıldığını qeyd etdi.  Natiq qeyd etdi ki, bu istiqamətdə davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərinin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin təhsilə  və məktəbəqədər təhsil müəssisələrinə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və təmir edilən, müasir standartlara uyğun bağçalar gələcəyimiz olan uşaqların sağlam inkişafına hesablanmış uzaqgörən siyasətin uğurlu nəticələridir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 10 yanvar 2017-ci il tarixində keçirilmiş Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunmuş iclasında və Korrupsiya  Qarşı Mübarizə üzrə Komissiyanın 26 dekabr 2016-cı il tarixində keçirilmiş  müşavirəsində səsləndirilən fikirlərə toxunan X.İsgəndərov  məktəbəqədər təhsil müəssisələrində də korrupsiya hallarının baş verməsinin, bəzi bağçalarda valideynlərdən əsassız ödənişlərin tələb edilməsinin ictimaiyyət arasında ciddi narazılıq yaratdığını da qeyd etdi.
Natiq məktəbəqədər təhsil müəssisələrində korrupsiya və digər mənfi halların qarşısının alınması, ümumi nəzarətin təşkili, bağçalarla bağlı ictimai rəydə səslənən fikirlərə həssas yanaşılması və  digər məsələlərə toxundu. Eyni zamanda bağçalarla bağlı sakinlərdən daxil olan şifahi və yazılı şikayətlərin araşdırılması və mənfi halların aradan qaldırılması məqsədilə təkliflərin hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilməsi tapşırıldı və qeyd edildi ki, bütün sahələrdə olduğu kimi məktəbəqədər təhsil müəssisələrində də korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli,onların aradan qaldırılmasına dair sistemli tədbirlər hazırlanaraq həyata keçirilməli, şəffaflıq artırılmalıdır.

Keçidlər