Şriftin ölçüsü :

Saytın rəngi :

Soyqırım qurbanlarının xatirəsi anıldı

31 mart 2013 | 11:00

2013-cü il martın 30-da  Binəqədi Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə 31 mart – Azərbaycanlıların soyqırımı ilə bağlı konfrans  keçirilib.
Tədbir Azərbaycanlıların Soyqırımına həsr olunmuş “Erməni terrorizmi”  filmin nümayişi ilə başladı.
Filmi izlədikdən sonra tədbir iştirakçıları Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərovun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, tarixçi alim Həsən Bayramovun soyqırıma həsr olunmuş məruzələrini dinlədilər.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov   1905-1907, 1918-1920-ci illər ərzində baş verən soyqırımlar zamanı    2 milyondan çox azərbaycanlının ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini bildirdi.
Bu qədər xəyanət və zərbələrə məruz qalmasına baxmayaraq, xalqımıza bu faktların uzun zaman ictimai müzakirəyə çıxarmağa, beynəlxalq aləmdə ifşa etməyə imkan verilmədiyini qeyd edən Vüsar İsmayılov yalnız Ümummilli lider Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin xalqımıza qarşı illərlə yeritdiyi soyqırım və deportasiya siyasətinin mahiyyətinin açıldığını və ifşa olunduğunu və 1998-ci ilin 26 mart tarixində bununla bağlı fərman imzalandığını vurğuladı.

Keçidlər