Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar şəhidlərinin xatirəsi anıldı

20 yanvar 2017 | 11:00

Yanvarın 19-da Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti  başçısının müavinləri Vüsar İsmayılov və Aygün Əliyeva, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakinləri olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Biləcəri qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış “Güllə Yağışı” abidəsinin önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Aparıcı 20 Yanvar faciəsi barədə məlumat verərək, Azərbaycan xalqının istiqlal mübarizəsi tarixində 20 Yanvar şəhidlərinin öz qanları ilə yazdıqları şərəfli səhifədən danışdı.
Tədbirdə çıxış edənlər “20 Yanvar” Cəmiyyətinin rayon şöbəsinin sədri Mübariz İsmayılov, 20 Yanvar şəhidi Fərizə Allahverdiyevanın anası Bağda Nəbiyeva və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək 20 Yanvar  faciəsindən 27 il ötməsinə baxmayaraq  həmin o məşəqqətli günlərin hər birimizin yaddaşına əbədi həkk olunduğunu diqqətə çatdırdılar. Natiqlər qeyd etdilər ki, həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq  təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Natiqlər çıxışlarında vurğuladılar ki, bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür. O cümlədən, çıxışlarda Qələbə gününün uzaqda olmadığını diqqətə çatdıran natiqlər bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımlarının da zəmanət verdiyini bildirdilər.
Daha sonra tədbirdə Şirzad Pirallahının ifasında Vətənpərvərlik şeiri və Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnısı ifa edildi.
Anım mərasimi bitdikdən sonra gecə saatlarına qədər tədbir iştirakçıları və rayon ictimaiyyəti “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyaraq xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərin ruhuna öz ehtiramlarını bildirdilər.

 

 

Keçidlər