Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu üzrə kommunal xidməti təşkilatlarının 2016-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına, qarşıda duran vəzifələrə və görülmüş işlərin müzakirəsinə dair toplantı keçirildi.

18 yanvar 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun iştirakı ilə 18.01.2017-ci il tarixində  Binəqədi Payon Mənzil Kommunal Təsərrüfatı Birliyinin akt zalında rayonda fəaliyyət göstərən mənzil kommunal müəssisələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə  Binəqədi rayon Icra Hakimiyyəti başçısı Aparatının Rayon təsərüfatı şöbəsinin müdiri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Elşad Rəhimov, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 3, 15, 20 saylı İstilik Sistemləri İstismar Sahəsinin, Bakı Regional Qaz İstismar Departamentinin Binəqədi rayonu üzrə texniki istismarı xidmətinin, Bakılift 1 İxtisaslaşdırılmış İstehsal İdarəsinin, Binəqədi Yaşıllaşdırma Sahəsinin və Bakı Şəhər İşığı Binəqədi Texniki İstismar rayonunun rəhbərləri və mühəndis-texniki işçləri iştirak etmişlər.
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov 2016-cı il ərzində görülən və 2017-ci ildə görülməsi nəzərdə tutulan işlər barəsində geniş məlumat vermişdir. 
Tədbirdə kommunal xidmətlər sahəsində mövcud olan problemlərlə bağlı vətəndaş müraciətləri geniş müzakirə edilmiş, vətəndaşların qəbul günləri, qəbul qaydaları, telefon zəng mərkəzləri təhlil edilmiş, bu və ya digər sahələrdə mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı tövsiyələr verilmişdir.
İlqar Süleymanov çıxışında bildirmişdir ki, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmiş, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmiş, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır. Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir. 2016-cı ildə də ölkəmizdə iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılmışdır. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli Fərmanının və digər strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.
Daha sonra natiq qeyd etdi ki, 12 yanvar 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun keçirdiyi müşavirədə verdiyi tapşırıq və tövsiyyələrinə uyğun olaraq xidmət təşkilatlarında 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə başlanılmışdır. Qeyd edilmişdir ki, xidmət sahələrinin fəaliyyəti rayon sakinlərinin məmnunluğuna yönəlməli və vətəndaşların müraciərlərində qaldırılan problemlərinin həllinə xidmət göstərməlidir. Vətəndaşların müraciətlərinə baxılması, təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülsə də, vətəndaş məmnunluğunu tam təmin edilməsi sahəsində müəyyən nöqsanlar və çatışmazlıqlar hələ də mövcuddur. Vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə baxılması və qanunamüvafiq cavablandırılması istiqamətində işin yaxşılaşdırılmasına və təkmilləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac vardır.  
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli, onların aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlər hazırlanaraq həyata keçirilməli, xidmət təşkilatlarının bütün istiqamətlər üzrə fəaliyyətində şəffaflıq artırılmalıdır.
Eyni zamanda  qeyd edimişdir ki, Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlərin əksər hissəsi kommunal xidmətlər sahəsində yaranmış borclar və digər məsələlərlə bağlı olmuşdur. Təhlil göstərir  ki, vətəndaşlarla zəruri izahat işləri aparılmır, onların müraciəti ətraflı araşdırılmır,vətəndaşlarla ünsiyyət qurulması, mövcud problemlərin həlli ilə bağlı vətəndaş təkliflərinin öyrənilməsi, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi, həmçinin görülmüş işlərin ətraflı işıqlandırılması və bu istiqamətdə məlumatların operativ olaraq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə kommunal xidmət qurumlarının fəaliyyətində dönüş yaradılmalıdır.
Sonda qeyd edilmişdir ki, 2016-cı ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində bu nöqsan və çatışmazlıqlara xüsusi yer ayrılmalı, ciddi müzakirələr aparılmalı, qısa zamanda konkret tədbirlər müəyyənləşdirilməlidir.

Keçidlər