Şriftin ölçüsü :

Saytın rəngi :

Xocəsən qəsəbəsindəki Avtovağzal ərazisində metronun depo stansiyasının tikintisinə düşən hissəsində yerləşən yaşayış evlərinin sakinləri ilə görüş keçirildi

24 yanvar 2017 | 11:00

2016-cı il dekabr ayının 26-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının keçirdiyi müşavirədə səsləndirilən irad və təkliflərin icrası ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətində rayonun Xocəsən qəsəbəsindəki Avtovağzal ərazisində, Metronun depo stansiyasının tikintisi altına düşən hissəsində yerləşən yaşayış evlərinin sökülməsi ilə bağlı əhali arasında maarifləndirmə və izahat işləri aparmaq məqsədilə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə Qərargah yaradıldı.
24 yanvar 2017-ci il tarixdə sözügedən ərazidə Qərargahın növbəti görüşü keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Bakı Metropoliteninin məsul işçiləri, RİH başçısının Xocəsən qəsəbəsi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Xocəsən bələdiyyəsinin rəhbərləri iştirak etdilər.
Görüşdə İlqar Süleymanov və metropolitenin əməkdaşları söküntü ilə əlaqədar sakinlərə kompensasiyanın hesablanması və verilməsi qaydalarını izah etdi, bu sahədə mövcud qanunvericilik barədə sakinlərlə maarifləndirmə işləri apardılar.
Sonra İlqar Süleymanov və görüşdə iştirak edən digər rəsmi şəxslər sakinləri maraqlandıran suallara cavab verdi, onları narahat edən məsələlərə aydınlıq gətirdilər. Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirdilər.

Keçidlər