Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində son həftə ərzində abadlıq-quruculuq sahəsində aparılan işlər haqqında

30 mart 2013 | 11:00

Həftə ərzində (25-29 mart) rayon ərazisində ümumilikdə 143 ünvanda  su axıntıları olan boruların və 7 nasosxananın təmiri aparılıb, müxtəlif diametirli 34 p/m su xətti və 10 p/m kanalizasiya xətti  dəyişdirilib. Eyni zamanda 195 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb.
TM-16-da 1 ədəd 630 KVA transformator, TM-16-TM-20 arası 6 KV-luq 6 p/m Asb 3x150 mm kabel, TM-20-TM-108 arası 4 p/m ASB 3x150mm kabel quraşdırılıb. KTM-37-də transformator dəyişdirilərək 400KVA transformator quraşdırılıb. M.Ə.Rəsulzadə qəsəbəsi 384 saylı TM-də əlavə 630kv-luq müasir tipli KTM quraşdırılıb. 7-ci mikrorayon F.Məlikov 1v saylı binanın elektrik təchizatı yenidən qurulub. Kabel VVQ-1 4x25mm 230 p/m, elektrik paylayıcı 1 ədəd lövhə dəyişdirilib. Azadlıq prospektində və 8-ci mikrorayon M.Fərmanov küçəsində 55 p/m  yanmış kabel, 24 ədəd yararsız lampa,  Z.Əliyeva adina parkda 30 p/m yanmış kabel, 30 ədəd yararsız lampa, 6-cı mikrorayonda  İ.Cümşüdov küçəsində 5 ədəd drossel, 4 ədəd yararsız lampa, Binəqədi qəsəbəsində, Binəqədi şossesində və Biləcəri qəsəbəsində 190 p/m yanmış kabel, 7 ədəd drossel, 41 ədəd yararsız lampa dəyişdirilib.
Ümumilikdə,  Binəqədi QİS ərazisində 3021p/m qaz xətti çəkilmiş, 12400 p/m qaz xətti boyanmış, 374 ədəd Smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayon 11 və 12 saylı binaların istilik xəttində d-57mm 4 p/m, 7-ci mikrorayon 11, 11a və 7/19 saylı binaların aşağı paylama xəttində  d-40mm 10 p/m boru dəyişdirilib. 8-ci mikrorayon  2, 3, 11a, 32 saylı binaların istilik xəttində dik dayaqlarında d-25mm 48 p/m  boru bərpa edilib. Naxçıvani 5, 11 və Atatürk prospekti 60 saylı binaların istilik xəttində d-40mm 6 p/m, d-76mm 9 p/m, 9-cu mikrorayon 99 saylı binanın aşağı paylama  xəttində d-40mm 1,5 p/m, 208 saylı qazanxanaya gedən qaz xəttində d-114mm 150 p/m, 6-cı mikrorayon S.Məmmədova küçəsi 203 saylı  binanın  istilik  xəttində           d-57mm 2 p/m, 9-cu mikrorayon H.Babaşov küçəsi 7 və 119 saylı binaların aşağı paylama xəttində d-76mm 7 p/m boru dəyişdirilib.
Həftə ərzində 993 p/m nov və novalça dəyişdirilib. F.Məlikov küçəsi 2v,1b,1v saylı binaların həyətində 13339 m2 asfalt örtüyü çəkilib, 35 p/m kanalizasiya  və 29 p/ m içməli su xətti dəyişdirilərək cari təmir edilib.
A.Kunanbayev 9/25 saylı binanın qarşısında 1500 m2 yaşıl çəmən salınıb.

Keçidlər