Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayon sektorunda vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması vəziyyətinin monitorinqi keçirildi
24 yanvar 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayon sektorunda oldu.
O, sektorun məsul vəzifəli şəxsləri ilə keçirdiyi görüş zamanı Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən fikirlərə toxunaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən sosial-iqtisadi inkişafın 2016-cı ildə də davam etdiyini bildirdi. O həmçinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə əlaqədar qarşıda duran vəzifələr barədə fikir mübadiləsi apardı və müvafiq tövsiyələrini verdi.
Elnur İmanov sektorda vətəndaşların qəbulu prosesində iştirak etdi, Fərmanın müddəalarını məcburi köçkünlərə izah etdi və qəbulun daha operativ və səmərəli qurulması üçün müvafiq tövsiyələr verdi.