Şriftin ölçüsü :

Saytın rəngi :

Novxanı bağlar massivində yerləşən “Şəfəq” pansionatında məskunlaşmış məcburi köçkün ailələri ilə görüş keçirildi

26 yanvar 2017 | 11:00

26 yanvar 2017-ci il tarixdə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən baş məsləhətçi (mühəndis) Elşad Rəhimov, “Azərişıq “ASC-nin Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları ilə birlikdə Novxanı bağlar massivində yerləşən “Şəfəq” pansionatında məskunlaşmış məcburi köçkün ailələrinin mənzillərinin sayğaclaşdırılması ilə əlaqədar olaraq görüş keçirildi.
Görüş zamanı sözügedən Fərmandan irəli gələn məsələlərlə bağlı ətraflı izahat və təbliğat işləri aparıldı və bundan sonra Bağlar Enerji Təchizatı və Satışı İdarəsi sayğaclaşma işlərinə başladı. Hal hazırda sayğaclaşma işləri davam etdirilir.

Keçidlər