Biləcəri qəsəbəsində "Mən məktəbimizin fəxriyəm" layihəsi çərçivəsində şagirdlərlə görüş keçirildi
Biləcəri qəsəbəsində "Mən məktəbimizin fəxriyəm" layihəsi çərçivəsində bələdiyyənin “İctimai-humanitar” sektorunun və Biləcəri bələdiyyəsi YAP ərazi ilk partiya təşkilatının təşəbbüsü ilə qəsəbənin 300 saylı tam orta məktəbində 2016-2017-ci tədris ilinin birinci yarımilinin nəticələrinə görə təhsildə, məktəbdaxili nizam-intizama əməl edilməsində, davamiyyətdə, ictimai fəallıqla bağlı tədbirlərdə daha aktiv olan 5, 6, 7, 8 və 9-cu sinif şagirdləri arasında müvafiq araşdırmalar və müqayisələr aparılaraq, eləcə də məktəbin pedoqoji kollektivinin rəyinə əsaslanaraq həmin siniflərdə təhsil alan şagirdlər arasından “Ən yaxşıları seçildilər.
Təhsildə fərqlənən şagirdlərlə onların oxuduqları sinif otaqlarında görüş keçirildi, onların hər birinə bələdiyyənin “Təşəkkürnaməsi” və hədiyyələri təqdim edilmdi.