Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Universitetinin Dünya Məktəbində Riyaziyyat fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi

26 yanvar 2017 | 11:00

26 yanvar 2017-ci il tarixdə Xəzər Universitetinin Dünya Məktəbində Riyaziyyat fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Tədbirdə Xəzər Universitetinin təsisçisi və rektoru, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Elnur Məmmədov, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.
İstedadlı şagirdlərin müəyyən edilməsi, məktəblərarası dostluq əlaqələrinin möhkəmləndirilməsi, riyazi məntiqi güclü olan şagirdlərin müəyyən edilməsi, onların fənn olimpiadalarına psixoloji cəhətdən hazırlığı, öz bilik və bacarıqlarına inam hissini gücləndirmək məqsədilə 14 yanvar 2017-ci il tarixində “Dünya” Məktəbində Bakı şəhəri üzrə VI, VII, VIII sinif şagirdləri arasında “Təhsil ağılın simasıdır” adlı “Riyaziyyat fənn olimpiadası” keçirildi. Olimpiadada bütün Bakı şəhər məktəblərindən 1100 nəfərə yaxın şagird iştirak etdi.
Qaliblər Dünya Məktəbinin məzunları tərəfindən mükafatlandırıldıqdan sonra tədbir bədii hissə ilə başa çatdı.

 

Keçidlər