Şriftin ölçüsü :

Saytın rəngi :

“Lider qızların idarəçilik məktəbi” layihəsinin yekun tədbiri keçirildi

28 yanvar 2017 | 11:00

Yanvarın 28-də Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi və GİZ Almaniya Əməkdaşlıq Cəmiyyətinin Yerli Özünüidarəetmə Proqramının birgə təşkilatçılığı ilə GİZ Almaniya Əməkdaşlıq Cəmiyyətinin, Cənubi Qafqazda yerli özünüidarəetmə proqramının Dayaq mentorluq layihəsində iştirak edən bələdiyyə üzvü Ayla İbrahimovanın birinci yerə layiq görülən “Lider qızların idarəçilik məktəbi” layihəsinin yekun tədbiri keçirildi.
Tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, GİZ Almaniya Əməkdaşlıq cəmiyyətinin Cənubi Qafqazda yerli özünüidarəetmə proqramının əməkdaşı Fidan Qasımova, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin sədri Almaz Hacıyeva, Binqədi rayon qeydiyyat şöbəsinin rəisi Tavat İsmayılova, 11 saylı uşaq poliklinikasının baş həkimi Məlahət İbrahimova, Bakı Tekstil fabrikinin direktoru Səkinə Babayeva, bələdiyyə üzvləri və qəsəbə ərazisində təhsil alan məktəbli qızlar iştirak etdilər.
Tədbiri giriş nitqi ilə açan M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov qonaqları salamladı, layihənin mahiyyəti və əhəmiyyəti barədə məlumat verdi. M.Ə.Rəsulzadə bələdiyəsinin təşkilatçılığı ilə gənclərin bir çox uğurlu layihələrinin həyata keçirildiyini bildirdi.
Çıxış edən natiqlər layihənin önəmindən danışaraq, belə layihələrin davamlı olmasını qeyd etdilər.
Layihə çərçivəsində liderlik bacarıqları mövzusunda bir sıra təlimlər keçirildi. Bundan başqa qəsəbədə yerləşən, rəhbərləri lider xanım olan müəssisələrə ekskursiyalar təşkil olunaraq, müəsisə rəhbəri xanımlarla şagirdlərin görüşü keçirildi. Görüşlər zamanı onlar öz həyat və təcrübələrini, liderliyə aparan yolda uğurlarını şagirdlərlə bölüşdülər. Layihənin məqsədi liderlik xüsusiyyətinə malik olan qızların bu potensiallarını üzə çıxarmaq, gələcəkdə ixtisas seçimində, hər hansı peşəyə yiyələnməkdə onlara dəstək olmaqdır.
Tədbirin yekununda “Lider qızların idarəçilik məktəbi” layihəsində iştirak edən şagirdlərə sertifikatlar və hədiyyələr təqdim edildi.

Keçidlər