Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon Statistika şöbəsində iclas keçirildi

26 yanvar 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılovun iştirakı ilə Binəqədi Rayonu Statistika şöbəsində iclas keçirilmişdir. Görüşdə  Binəqədi Rayon İcra Hakimiyyəti Sosial-iqtisadi inkişafın təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev, Şöbənin müdiri Hamlet Məmmədov və əməkdaşları iştirak etmişdirlər.
İclasda rayonun sosial-iqtisadi fəaliyyəti, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması istiqamətində müzakirələr aparılmışdır. Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov görüş zamanı bildirmişdir ki, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı və s. ölkəmizdə iqtisadiyyatın yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır. Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və 12 yanvar 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etmişdir ki, ölkədə gedən sosial-iqtisadi inkişaf 2016-cı ildə də uğurla davam etmiş və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.
Bundan əlavə olaraq, Vüsar İsmayılov idarənin əməkdaşları ilə birgə 2016-cı ildə rayonda statistika idarəsinin gördüyü işlərlə bağlı müzakirələr aparmış, o cümlədən rayon ərazisində  Demoqrafiya və sosial statistika, İqtisadi statistika və digər sahələrin təhlilinin  aparılması yollarıyla yaxından tanış olmuşdur. O, həmçinin  hesablanan göstəricilərin dəqiqlik və düzgünlük dərəcəsinin, istifadə olunan statistik modellərin uyğunluq səviyyəsinin həqiqi qiymətinə uyğunluğu, istifadəçilər tərəfindən tələb olunan məlumatların uyğunluğu, nəşrlərin asan əldə oluna bilməsi və vaxtlı-vaxtında istifadəçiyə çatdırılması, statistik proseslərin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, sənədləşdirmə işlərinin vahid standartlar əsasında aparılması Statistikada ən vacib məsələlərdən biri olduğunu qeyd eləmişdir.
Natiq eyni zamanda vurğulamışdır ki, vətəndaşların şifahi müraciətləri zamanı onlarla dövlət qulluqçularının etik davranış qaydaları çərçivəsində ünsiyyət qurulmalı və edilən müraciətlə bağlı vətəndaşlara düzgün istiqamət verilməlidir.  Bütün sahələr üzrə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli, onların aradan qaldırılmasına dair sistem və inistitusional xarakterli tədbirlər hazırlanaraq həyata keçirilməli, dövlət orqanlarının fəaliyyətində şəffaflıq artırılmalıdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə kadrların düzgün seçilib yerləşdirilməsi məsələsi mühüm əhəmiyyət kəsb edir. İşə qəbul edilən şəxslər peşəkar, yüksək bilikli, məsuliyyətli, müasir düşüncəli və mədəni davranışa malik olmalıdır. Dövlət qurumlarının rəhbərləri tabeliyində olan hər bir işçini tanımalı, onları narahat edən problemləri bilməli və fəaliyyətlərini diqqət mərkəzində saxlamalıdırlar. Vəzifələrinin icrası ilə bağlı bir araya sığmayan, dövlət orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərin qarşısı qətiyyətlə alınmalıdır. Hər bir dövlət qurumunun rəhbəri isə öz əməkdaşları üçün vicdanlılıq nümunəsi olmalıdır.

Keçidlər