Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu ərazisində fəaliyyət göstərən“Altis qroup of company” şirkətinin əməkdaşları ilə görüş keçirildi

27 yanvar 2017 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılovun iştirakı ilə “Altis qroup of company” şirkətinin əməkdaşları ilə görüş keçirilmişdir.  Görüşdə  Binəqədi Rayon İcra Hakimiyyəti  Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəyha Əliyev və şöbənin əməkdaşları iştirak etmişdirlər. Görüş zamanı şirkətdə ümumi  istehsal prosesi, xaricdən gətirilmiş avadanlıqlarla, istehsal edilən məhsullarla, işçilər üçün yaradılmış iş şəraiti, həmçinin onların qidalanması və istirahət vaxtı üçün yaradılan şərait  ilə yaxından tanış olunmuşdur. Şirkətin fəaliyyətində gələcəkdə nəzərdə tutulan inkişaf istiqamətləri müzakirə olundu. Natiq bildirdi ki, işsizliyin aradan qaldırılması, məşğulluğun artırılması, ölkə iqtisadiyyatının inkişafı istiqamətində belə müəssisələrin fəaliyyətinin artırılması vacib şərtlərdəndir.
Görüşdə rayonun sosial-iqtisadi fəaliyyəti, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması istiqamətində müzakirələr aparılmışdır. Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov görüş zamanı bildirmişdir ki, “Azərbaycan Respublikasının milli iqtisadiyyat prespektivi üzrə Strateji Yol Xəritəsi” Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı və s. ölkəmizdə iqtisadiyyatın yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır. Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və 12 yanvar 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etmişdir ki, ölkədə gedən sosial-iqtisadi inkişaf 2016-cı ildə də uğurla davam etmiş və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.

Keçidlər