Qeyri-sabit hava şəraiti ilə bağlı Binəqədi rayonu ərazisində hazırlıq tədbirləri gücləndirilib
01 fevral 2017 | 11:00
Qeyri-sabit hava şəraiti ilə bağlı Binəqədi rayonu ərazisində bələdiyyələr və MKTB tərəfindən hazırlıq tədbirləri gücləndirilib. Belə ki, yollarda yaranan buzlaşmanın qarşısını almaq üçün duz və qum qarışığı səpilməsi üçün texnikalar hazır vəziyyətə gətirilib. O cümlədən, qaz, işıq, su və istillik təchizatı ilə bağlı rayon ərazisində aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışırlar.
Əziz Binəqədi sakinləri! Bütün bunlara baxmayaraq, rayon ərazisində kommunal təchizatı sahəsində problem yarandığı halda Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciəti Xidmətinə (1646-ya) zəng vurub bildirə bilərsiniz.
1646 - Sizə xidmət etməkdən məmnunluq duyuruq!