Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Narkomaniya ilə mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirildi

31 yanvar 2017 | 11:00

31 yanvar 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2 Fevral-Gənclər Günü” münasibətilə “Narkomaniya ilə mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi rayonunda fəaliyyət göstərən peşə məktəblərinin fəal gəncləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov qonaqları təqdim etdi. Q.Bayramov öz çıxışında ölkəmizdə uğurlu Dövlət Gənclər siyasətinin istiqamətləri barədə öz fikirlərini gənclərlə bölüşərək, mövzu ilə bağlı gəncləri maraqlandıran suallar ətrafında fəal olmağa dəvət etdi.
Daha sonra çıxış etmək üçün söz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənova, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Beynəlxalq layihələr sektorunun aparıcı məsləhətçisi Səbuhi Bayramova və ekspert qismində iştirak edən DİN Polis Akademiyasının “Daxili İşlər orqanlarında inzibati fəaliyyət” kafedrasının baş müəllimi, Bilik Fondunun Koordinasiya Şurasının üzvü, hüquq üzrə fəlsəfə doktoru, polis polkovnik-leytenantı Rafiq  Nəcəfquliyevə verildi.
Natiqlər öz çıxışlarında “2 Fevral –Gənclər Günü” münasibəti ilə gəncləri təbrik edərək dövlətimizin gənclər üçün yaratdığı əlverişli imkanlardan, onların ictimai-siyasi həyatda fəallığının artırılması istiqamətində görülən işlərdən və Gənclər siyasəti sahəsində qəbul olunan Dövlət Proqramlarının əhəmiyyətindən bəhs edərək, gənclərin zərərli vərdişlərdən, xüsusilə dövrün bəlasına çevrilmiş narkomaniyanın fəsadlarından uzaq olmağa  çağıraraq, milli- mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən bəhs etdilər.

Keçidlər