Şriftin ölçüsü :

Saytın rəngi :

Son həftə ərzində aparılan abadlıq-quruculuq işləri haqqında

07 aprel 2013 | 10:00

Həftə ərzində (01-06 aprel) rayon ərazisində ümumilikdə 88 ünvanda  su axıntıları olan boruların və 3 nasosxananın təmiri aparılıb, 120 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınıb.
Azadlıq prospektində və 8-ci mikrorayon M.Fərmanov küçəsində 70 p/m  yanmış kabel, 30 ədəd yararsız lampa, Z.Əliyeva adina parkda, 6-cı və 9-cu mikrorayonda yanmış 50 p/m kabel, 52 ədəd yararsız lampa və 4 ədəd drossel, 7-ci mikrorayonda A.Kunananbayev küçəsində 8 ədəd drossel, 10 ədəd yararsız lampa, Binəqədi qəsəbəsində, Binəqədi şosesində və Biləcəri qəsəbəsində 280 p/m  yanmış kabel, 26 ədəd drossel, 35 ədəd yararsız lampa dəyişdirilib.
Binəqədi QİS ərazisində 3321p/m qaz xətti çəkilib, 9200 p/m qaz xətti boyanıb, 989 ədəd smartkart tipli sayğac quraşdırılıb.
7-ci mikrorayon 11a, 3, 31 saylı binaların istilik xəttində d-25mm  20 p/m boru dəyişdirilib. 8-ci mikrorayon 193 və 177 saylı uşaq bağçalarının və 71a saylı binanın istilik xəttində d-219mm 6,5 p/m boru, Naxçıvani 12, 31, 31a saylı binaların istilik xəttində       d-40mm 3 p/m, d-76mm 2 p/m, d-57mm 2,5 p/m  boru, 9-cu mikrorayon M.Cəlal küçəsi 9, 139 və H.Babaşov 1 saylı binaların aşağı paylama xəttində d-76mm 2 p/m, d-40mm  6,5 p/m, d-32mm 4,5 p/m boru dəyişdirilib. 9-cu mikrorayon 141saylı binanın istilik xəttində d-100mm 3,8 p/m boru, 9-cu mikrorayon 13 saylı binanın zirzəmisində d-80mm 1 ədəd siyirtmə bərpa edilib.
6-cı mikrorayon S.Məmmədova küçəsi 203 saylı binanın istilik xəttində d-25mm 4 ədəd ventil dəyişdirilib.  6-cı mikrorayon 15/2 və 201 saylı binanın aşağı paylama xəttində d-57mm 3,5 p/m boru dəyişdirilib.
F.Məlikov küçəsi 2v,1b,1v və Z.Qəmbərov 1, 3  saylı binaların həyətində 6240  m2 asfalt örtüyü çəkilib.
43 p/m kanalizasiya  və 72 p/ m içməli su xətti dəyişdirilərək cari təmir edilib.
Binaların girişlərində 42 ədəd dəmir qapı, 94 ədəd plastik pəncərə qoyulub.   
A.Kunanbayev küçəsi 9/25 saylı binanın yeni parkın tikintisi sona çatdırılıb, 700 m2 yaşıl çəmən salınıb.

Keçidlər