Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2017-ci ilin yanvar ayı ərzində aparılan abadlıq-quruculuq işləri haqqında məlumat

02 fevral 2017 | 11:00

Əhalinin su və kanalizasiya sahəsində mövcud olan problemlərinin aradan qaldırılması məqsədilə 2017-ci ilin yanvar ayı ərzində rayonun müxtəlif ərazilərində 96 p/m su xətti quraşdırılıb və təmir olunub, 275 ünvanda su və 441 ünvanda kanalizasiya xəttlərində qəzaların qarşısı alınıb, 3700 p/m kanalizasiya xətti təmizlənib.
9 açıq tipli sızma aradan qaldırılıb, 11 ədəd istifadə olunmayan yararsız qoşulma nöqtəsi ləğv edilib, 310 ədəd mexaniki sayğaclar “Smart-Kart” tipli qaz sayğacı ilə əvəz edilib.
Qaz tənzimləyici stansiyalara 685 dəfə texniki baxış keçirilib, 512 dəfə ərazinin müxtəlif yerlərində tənzimləmə işləri aparılıb.
Biləcəri qəsəbəsi, ETK yolu Xırmanın yanında 1 ədəd; Dərnəgül qəsəbəsi, Yusifzadə küçəsində 1 ədəd; 7-ci mikrorayon, 3126-cı məhəllədə 1 ədəd; Xutor yaşayış massivi, E.Babayev küçəsində 1 ədəd qaz tənzimləyici məntəqə  quraşdırılıb.
Binəqədi şosesində 315 mm-lik  215 p/m uzunluqda qaz xətti çəkilib.
H.Babaşov 4 saylı yaşayış binasının məhəllədaxili istilik xəttində diametri 76 mm olan 20 m, H.Babaşov 1, 2, 3 və 4 saylı yaşayış binasına gedən  diametri 100 mm olan 8 m və H.Babaşov 20 saylı yaşayış binasına gedən diametri 100 mm olan 6 m polad boru dəyişdirilib. Yaşayış binalarının zirzəmisində 20, 32 və 75 mm-lik pvc ventillər və borular yeniləri ilə əvəz olunub.
Diametri 32 mm olan 10 ədəd ventil, müxtəlif diametrli PVC borular yenisi  ilə əvəz edilib. 
9-cu mikrorayonda məcburi köçkünlərin məskunlaşdığı binaya yeni kabel xətti çəkilib, Dərnəgül yaşayış massivində və 9-cu mikrorayonda yenidənqurma işləri aparılır.
Dərnəgül yaşayış massivində və 9-cu mikrorayonda məskunlaşan 150 məcburi köçkün ailəsinə, Biləcəri qəsəbəsi “Xəzri” mehmanxanasında 160 ailəyə yeni sayğac quraşdırılıb.
Mikrorayonlar və Biləcəri qəsəbəsində 64 ədəd lampa və 70 metr yanmış kabel dəyişdirilib.
2017-ci ilin yanvar ayında məhəllələrin abadlaşdırılması, mənzillərin yumşaq dam örtüklərinin,17 yaşayış binasının girişlərinin əsaslı təmiri işləri üçün hazırlıq sona çatdırılıb. S.S.Axundov küçəsi 3 “a” saylı on iki mərtəbəli binanın qəzalı vəziyyətdə olan şəbəkə tipli fasad elementlərinin əsaslı təmiri sona çatdırılıb.
25 binanın və xüsusi olaraq, sakinlərin müraciəti əsasında əlavə olaraq 18 binanın zirzəmisində sanitar təmizlik və dezinfeksiya işləri aparılıb.
6, 8, 9-cu mikrorayonlarda ay ərzində 15 lift cari təmir edilib.
8-ci mikrorayon ərazisində 16 saylı binanın arxa hissəsinin abadlaşdırılması sona çatdırılıb, əraziyə tamet örtüyü vurulub, 195 kv metr asfalt örtüyü çəkilib, bəzək kolları əkilib.
Mənzillərdə baş verə biləcək yanğın, partlayış və boğulma hallarının qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbir kimi ay ərzində 195 mənzildə tüstü və hava kanalları təmizlənib.

Keçidlər