Binəqədi rayonunda 2 Fevral - Azərbaycan Gənclər Günü qeyd edildi
2 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə “2 Fevral - Azərbaycan Gənclər Günü” qeyd edildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Millət vəkili Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ülvi Mehdiyev, İslam Oyunlarının Təşkilat Komitəsinin katibi, Milli Olimpiya Komitələri ilə əməliyyatlar üzrə İdarənin rəhbəri Könül Nurullayeva, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor Ramil Səfərov, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami, rayon gəncləri, İslam Həmrəyliyi Oyunlarının könüllüləri, “Ölkəmizi Tanıyaq” layihəsinin iştirakçıları, 2016-cı ildə ən yüksək balla ali məktəblərə qəbul olunmuş rayon gəncləri, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri, Misir, Türkiyə, İndoneziya, Yəmən , ÇAD , Fələstin , İraq , İordaniyadan olan, ölkəmizdə təhsil alan tələbələr iştirak etdilər.
İlk öncə tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Daha sonra tədbirin aparıcıları 2 Fevral - Gənclər Günü ilə bağlı geniş məlumat verdilər.
Sonra çıxış edənlər Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Millət vəkili Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ülvi Mehdiyev, İslam Oyunlarının Təşkilat Komitəsinin katibi, Milli Olimpiya Komitələri ilə əməliyyatlar üzrə İdarənin rəhbəri Könül Nurullayeva, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor Ramil Səfərov, Azərbaycanda təhsil alan misirli tələbə Lokman Abdin “2 Fevral - Azərbaycan Gənclər Günü”nün əhəmiyyətindən danışaraq, bu günün Ulu Öndərimiz tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırdılar. Natiqlər ölkə başçısı tərəfindən gənclərə dövlət siyasəti istiqamətində qiymət verildiyini vurğuladı və bu gün Azərbaycan gəncliyinin ictimai həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını bildirdilər.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Gənclər Günü münasibətilə gəncləri təbrik etdi və bildirdi ki, gənclik yeni nəsil deməkdir, kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə, sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür. Bəli, çox böyük bir gücdür. Hansı ki, bu gün həmin gücə dövlətimiz güvənir və ölkəmizin bütün sahələrində həmin gücdən istifadə edilir. Çünki, zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmanlarıdır. Həm də gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var. Natiq çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu günün əhəmiyyətindən danışaraq dövlət gənclər siyasətinin uğurları haqqında geniş məlumat verdi.
Çıxışlardan sonra “2 Fevral - Azərbaycan Gənclər Günü” ilə bağlı rayonun ictimai, siyasi həyatında fərqlənən bir qrup Binəqədi gəncləri mükafatlandırıldı. Tədbirdə o cümlədən, Binəqədi rayonunda “Master-2 layihəsi çərçivəsində təcrübə müddətini uğurla bitirən ASAN könüllüləri mükafatlandırıldı.
Mükafatlandırma mərasimindən sonra tədbir rayonun istedadlı gəncləri və incəsənət ulduzlarının iştirakı ilə bədii hissə ilə davam etdi.