Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda dünyaya göz açan üçəmlərin valideynləri təbrik edildi

31 yanvar 2017 | 11:00

Binəqədi qəsəbəsi Ramazanov küçəsi ev 9A ünvanında yaşayan  Rəcəbovlar ailəsində xoş anlar yaşanmışdır. Belə ki, ailənin üçəmləri dünyaya gəlib. Bu münasibətlə, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva və Binəqədi qəsəbə icra nümayəndəsi  Elxan Əliyev və bələdiyyənin əməkdaşları  31 yanvar tarixində ailəni ziyarət etdilər.
Nümayəndə heyəti ailənin evində oldu və bu xoş an münasibətilə ailəni təbrik etdi. Onlar üçəmlərə xoş günlər dilədi və dövlətimiz üçün layiqli övladlar olmasını arzuladılar.  Səmimi keçən görüşdə ailə ilə söhbət edildi və sonda üçəmlərə  hədiyyələr təqdim edildi.

Keçidlər